Pavol Şafranko: "Oyunçular adından deyə bilərəm ki, sabahkı matça yaxşı hazırlaşmışıq"
"Sabah" futbolçuları "Sele" ilə qarşılaşmaya yaxşı hazırlaşıblar.
"Report"un məlumatına görə, bunu "Sabah"ın hücumçusu Pavol Şafranko deyib.
Slovakiyalı futbolçu səfərdə Sloveniyanın "Sele" komandasına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu ilə bağlı fikirlərini bölüşüb:
“Bəli, oyunçular adından deyə bilərəm ki, yaxşı hazırlaşmışıq. Məşqçimizin dediyi kimi, son üç-dörd gündə çox yaxşı məşqlər keçdik. Əvvəlki oyundan maksimum dərəcədə dərs çıxarmağa çalışdıq. İndi isə bu son günlərdə topladığımız enerjini sabahkı oyuna daşımaq istəyirik. Söz verə bilərəm ki, meydana çıxanda hər birimiz 100% gücümüzlə oynayacağıq.”
Qeyd edək ki, "Sele" - "Sabah" matçı sabah, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Tərəflər arasında Bakıda gerçəkləşən ilk görüş Sloveniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
"Sabah"ın baş məşqçisi: "Sele" üzərində mütləq qələbə qazanmalıyıq"
"Sele"nin futbolçusu: "Sabah"la Bakıdakı oyun bizim üçün yaxşı başlamamışdı"
"Sabah" - "Sele" matçının start heyətləri açıqlanıb
Krunoslav Renduliç: Sabahkı oyuna yaxşı hazırlaşmışıq
"Sabah" və "Sele" komandalarının start heyətləri açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: "İran hökuməti xalqın səsini eşitməyə və islahatlar keçirməyə hazırdır"
-
Tramp Venesuela neftinin satışı gəlirlərini məhkəmə cəzalarından qorumaq üçün fərman imzalayıb
-
ABŞ Ordusunun Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı zərbələri təsdiqləyib
-
İngiltərə Kuboku: "Çelsi" növbəti mərhələdə
-
İran polisi Luristanda iğtişaşların 100-dən çox iştirakçısını saxlayıb
-
İranda 60 saatdan çoxdur ki, internet yoxdur












