sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
"Qarabağ"ın üzvləri Xankəndi şəhərinə səfər ediblər
“Qarabağ” klubunun futbolçuları, məşqçi heyəti və rəsmilərinin işğaldan azad olunmuş bölgələrə səfəri davam edir.
“Report”un bölgəyə ezam olunan əməkdaşının məlumatına görə, Ağdam komandasının və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində növbəti görüş Xankəndidə gerçəkləşib.
Burada da böyük marağa səbəb olan "köhlən atlar"ın kollektivi yerli sakinlərin sevgi göstəriləri ilə qarşılaşıblar.
Xankəndi sakinləri futbolçu və məşqçi heyəti ilə şəkil çəkdirməyi unutmayıblar.
Ardınca kollektiv Qarabağ Univetsitetində yaradılmış şəraitlə yaxından tanış olub. Klub üzvləri burada tələbələrlə də görüşüblər.
Oxşar xəbərlər
"Qarabağ" klubunun üzvləri Şuşada sakinlərlə görüşüblər
Gürcüstandan olan azərbaycanlıların üçüncü qrupu Xankəndiyə səfər edib - FOTO - YENİLƏNİB
Gürcüstandan olan bir qrup azərbaycanlı Xankəndiyə səfər edib - FOTO - YENİLƏNİB
33 nəfərdən ibarət beynəlxalq səyyah qrupunun Qarabağa səfəri davam edir
Qarabağ Universitetinin tələbəsi: Xankəndidə lazımi mühit var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













