"Qarabağ" klubunun üzvləri Şuşada sakinlərlə görüşüblər
sizinxeber.az xəbər saytı

"Qarabağ" klubunun üzvləri Şuşada sakinlərlə görüşüblər


“Qarabağ” klubunun futbolçuları, məşqçi heyəti və rəsmiləri işğaldan azad olunmuş bölgələrə səfər edirlər.

“Report”un bölgəyə ezam olunan əməkdaşının məlumatına görə, Ağdam komandasının və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində ilk görüş Şuşada gerçəkləşib.

Onlar Şuşa şəhər stadionunda şəhər sakinləri ilə görüşüblər. Klubun səfəri əhali tərəfindən böyük sevinclə qarşılanıb.

Ağdam təmsilçisinin məşqçi heyəti və futbolçuları ilə şəkil çəkdirən yerli sakinlər onlara olan sevgisini nümayiş etdiriblər.

Oxşar xəbərlər

"Qarabağ" rəsmiləri Türkiyənin idman nazirinin müavini ilə görüşüblər
İtkin düşmüş hesab edilən şəxslərin ailə üzvləri Ağdam, Xocalı, Xankəndi və Şuşada olublar
AFFA-da "Barselona" klubunun nümayəndələri ilə görüş olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər