Nazirlik rəsmisi: "Qarabağ" klubunun işğaldan azad olunmuş ərazilərə səfəri gənclər və uşaqlar üçün hədiyyədir" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
25 
in
2025
17:00

Nazirlik rəsmisi: "Qarabağ" klubunun işğaldan azad olunmuş ərazilərə səfəri gənclər və uşaqlar üçün hədiyyədir"

25 in, 2025
17:00
815

Nazirlik rəsmisi: "Qarabağ" klubunun işğaldan azad olunmuş ərazilərə səfəri gənclər və uşaqlar üçün hədiyyədir"

"Qarabağ" klubunun işğaldan azad olunmuş ərazilərə səfəri gənclər və uşaqlar üçün hədiyyədir.

"Report"un Qarabağa ezam olunan əməkdaşı xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O, “Qarabağ” klubunun futbolçuları, məşqçi heyəti və rəsmilərinin işğaldan azad olunmuş bölgələrdə yerli sakinlərə görüşünün təfərruatlarından danışıb:

"2024-cü ilin yekunları ilə bağlı Prezidentlə görüşdə idman ictimaiyyətinə çağırış oldu. Görkəmli idmançıların işğaldan azad olunmuş bölgələrə səfər etməsi istənildi. Həmin vaxt 10 mindən çox insan bu bölgəyə köçürülmüşdü. Belə görüşlər gənclər və uşaqlar üçün hədiyyədir. "Qarabağ" klubu bu çağırışı dəstəklədi və səfər gerçəkləşdi. Hamımız birlikdə buradayıq. Sakinlərə sevinc və xoşbəxtlik bəxş etdik. "Qarabağ" klubunun rəhbərliyinə, futbolçularına və məşqçilərinə təşəkkür edirik. Belə səfərlər daim davam edəcək".

Bizimlə əlaqə saxlayın