FİFA Klublararası Dünya Çempionatı: “Pley-off”un ilk iştirakçıları bəlli olub
Almaniyanın "Bavariya"sı və Braziliyanın "Flamenqo" klubları FIFA Klublararası Dünya Çempionatının “pley-off” mərhələsinin ilk iştirakçıları olub.
"Sizinxeber.az"un məlumatına görə, şənbə gecəsi "Bavariya" qrup mərhələsinin ikinci turunda Argentinanın "Boka Xuniors" klubuna qalib gəlib (2:1).
İki turdan sonra "Bavariya" 6 xalla C qrupunun turnir cədvəlinə başçılıq edir. Onları Portuqaliyanın Benfika (4), Boka Xuniors (1) və Yeni Zelandiyanın Oklend Siti (0) izləyir.
Növbəti mərhələdə "Bavariya" "Benfika", "Boka Xuniors" - "Oklend Siti" ilə qarşılaşacaq. Qarşılaşmalar iyunun 24-də keçiriləcək.
Oyun gününün digər matçında tunisli “Esperans” amerikalı “Los-Ancelesə” qalib gəlib (1:0). Bu nəticə "Flamenqo"ya (iki matçda 6 xal) pley-offa vəsiqəni təmin edib, çünki hərəyə 3 xalı olan Esperans və İngiltərənin "Çelsi" qrup mərhələsinin son turunda üz-üzə gələcək. Oyun iyunun 25-də baş tutacaq.
Paralel matçda Los Anceles "Flamenqo" ilə qarşılaşacaq.
ABŞ-da klublararası dünya çempionatı keçirilir. İlk dəfədir ki, burada səkkiz qrupa bölünən 32 komanda iştirak edir. Hər kvartetdə iki ən yaxşı komanda 1/8 finala yüksələcək. Final qarşılaşması iyulun 13-də baş tutacaq.
Oxşar xəbərlər
Klublararası dünya çempionatının püşkü atılıb
Argentinanın nəhəng klubu 18 ildən sonra dünya çempionatına qatılacaq
Edinson Kavani "Boka Xuniors"la müqavilə müddətini uzadıb
UEFA Çempionlar Liqası: “Brügge” səfərdə qalib gəlib, “Bavariya” 1/8 finala yüksəlib
UEFA Çempionlar Liqası: Pley-off mərhələsində daha 4 oyun keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
