20 yaşadək cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
14 
may
2025
12:30

20 yaşadək cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək

14 may, 2025
12:30
580

20 yaşadək cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək

Mayın 17-də 20 yaşadək cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək.

Bu barədə "Sizinxeber.az"a Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yarışda 34 klub və idman cəmiyyətindən olan 152 cüdoçu (128 oğlan, 24 qız) ümumilikdə 12 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

ACF Kuboku Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Qeyd edək ki, cüdoda ne-vaza bacarıqları idmançılara görüşlər zamanı yer (parter) texnikalarını inkişaf etdirmək və təkmilləşdirmək imkanı verir. Bu bacarıqlar həm fəndlərdən yayınmaq, həm də rəqibi effektiv şəkildə məğlub etmək üçün vacib strategiyaların formalaşmasında mühüm rol oynayır.

Bizimlə əlaqə saxlayın