MOK-un Atletlər Komissiyasına yeni üzv seçilib
sizinxeber.az xəbər saytı

MOK-un Atletlər Komissiyasına yeni üzv seçilib


Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında qurumun Atletlər Komissiyasının növbəti iclası keçirilib.

"Sizinxeber.az" xəbər verir ki, toplantıda həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparılıb və komissiyaya yeni üzv seçkisi məsələsinə baxılıb.

Səsvermə nəticəsində komissiyanın üzvü Təranə Abbasovanın (ağırlıqqaldırma) yerinə yunan-Roma güləşi üzrə Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rafiq Hüseynov seçilib.

Qeyd edək ki, 2025-2028-ci illər dövrü üçün Rüstəm Orucov (cüdo) komissiyanın sədri, Fəridə Əzizova (taekvondo) sədr müavini, Leyla Əliyeva (cüdo), İradə Aşumova (atıcılıq), Hacı Əliyev (güləş), Nazim Babayev (atletika), Rafiq Hüseynov (güləş), Fatimə Alkərəmova (üzgüçülük), Rəsul Çunayev (güləş) komissiyanın üzvüləri kimi fəaliyyət göstərəcəklər.

Oxşar xəbərlər

Azərbaycan Paris olimpiadasını 7 medalla başa vurub
Olimpiya çempionu Türkiyə Güləş Federasiyasının prezidenti seçilib
Abşeron Olimpiya İdman Kompleksində güləş üzrə Azərbaycan çempionatı keçiriləcək
Gənclər və İdman Nazirliyi müxtəlif nominasiyalar üzrə ilin ən yaxşılarını açıqlayıb
Azərbaycan Güləş Federasiyasının rəsmiləri Goranboy rayonuna səfər ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər