Fərid Qayıbov: "İşğaldan azad olunan ərazilərdə yarışların təşkil edilməsi təqdirəlayiq haldır"
sizinxeber.az xəbər saytı

Fərid Qayıbov: "İşğaldan azad olunan ərazilərdə yarışların təşkil edilməsi təqdirəlayiq haldır"


İşğaldan azad olunan ərazilərdə yarışların təşkil edilməsi təqdirəlayiq haldır.

"Sizinxeber.az"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Suqovuşanda start götürən "Prezident Kuboku-2025" turniri barədə jurnalistlərə açıqlamasında deyib.

Nazir hazırda Suqovuşanda bayram ab-havası olduğunu söyləyib:

"Yarışın işğaldan azad olunan ərazidə təşkil edilmıəsi təqdirəlayiq haldır. Hər kəs buradadır. İştirakçı sayından bəllidir ki, reqataya maraq ildən-ilə artır. Suqovuşanda ilk dəfə keçirilən reqatada bu say 4 idisə, indi 20-dən çoxdur. Fürsətdən istifadə edib mükəmməl təşkilatçılığa görə Azərbaycan Avarçəkmə və Kanoe Federasiyasına təşəkkür edirəm. Bu idman növü üzrə yerli və beynəlxalq yarışlar növbəti illərdə də işğaldan azad edilmiş ərazilərdə keçiriləcək".

Qeyd edək ki, "Prezident Kuboku-2025" turnirinə Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan avarçəkənlər qatılıblar.

Reqata mayın 1-2-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə mübarizə aparacaqlar.

Oxşar xəbərlər

Fərid Mansurov: "Prezident Kuboku-2025" turnirinin Suqovuşanda keçirilməsi Azərbaycan idmanına böyük töhfədir"
Millət vəkili: "İşğaldan azad olunan torpaqlardan dünyaya sülh mesajı göndəririk"
Suqovuşanda "Prezident Kuboku-2025" beynəlxalq turnirinə start verilir
Fərid Qayıbov: "Ümid edirik ki, gələcəkdə reqataya qatılacaq idmançıların sayı daha da artacaq"
Fərid Qayıbov: "Builki ultramarafonda iştirakçıların və finişə çatanların sayında artım müşahidə olundu"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle