Millət vəkili: "İşğaldan azad olunan torpaqlardan dünyaya sülh mesajı göndəririk"
İşğaldan azad olunan torpaqlardan dünyaya sülh mesajı göndəririk.
"Sizinxeber.az"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, bunu millət vəkili Elman Nəsirov Suqovuşanda başlayan "Prezident Kuboku-2025" turniri barədə danışarkən jurnalistlərə açıqlamasında deyib.
O, hazırda Suqovuşanda bayram ab-havası olduğunu söyləyib:
"Əvvəllər keçirilən turnirdə cəmi 4 ölkə təmsil olunurdu. Hazırda isə bu say 20-ni ötüb. Bu gün qürur hissi ilə qəhrəman igidlərimizin, canını fəda etmiş şəhidlərin hesabına azad olunmuş torpaqdayıq. Bu torpaqlar 30 il ərzində ermənilərin işğalı altında idi. İndi buradan dünyaya sülh mesajı göndəririk. Bu böyük idman hadisəsidir, həmçinin bunun öz siyasi çəkisi də var.
Elman Nəsirov gənclərin avarçəkmə yarışına maraqlarının artdığını bildirib:
"Gənclər böyük həvəslə avarçəkmə ilə məşğul olmağa başlayıblar. Bu cür turnirlər sözügedən idman növünə diqqət və maraqı bir qədər də artıracaq".
Qeyd edək ki, "Prezident Kuboku-2025" turnirinə Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan avarçəkənlər qatılıblar.
Reqata mayın 1-2-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə mübarizə aparacaqlar
Oxşar xəbərlər
Fərid Qayıbov: "İşğaldan azad olunan ərazilərdə yarışların təşkil edilməsi təqdirəlayiq haldır"
Fərid Mansurov: "Prezident Kuboku-2025" turnirinin Suqovuşanda keçirilməsi Azərbaycan idmanına böyük töhfədir"
İdarə rəisi: "Artıq kanoe və avarçəkmə idman növünə gənclərin, yeniyetmələrin marağı artır"
Suqovuşanda "Prezident Kuboku-2025" beynəlxalq turnirinə start verilir
Fərid Qayıbov: "Ümid edirik ki, gələcəkdə reqataya qatılacaq idmançıların sayı daha da artacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











