Azərbaycanın boks millisi "Böyük İpək Yolu" beynəlxalq turnirində komanda hesabında birinci yeri tutub
Azərbaycanın boks millisi Bakıda təşkil olunan "Böyük İpək Yolu" beynəlxalq turnirində komanda hesabında birinci yeri tutub.
"Report" xəbər verir ki, yığma 8 qızıl, 3 gümüş və 7 bürünc medalla yarışın kubokuna yiyələnib.
Turnirdə qadınların yarışında ən yaxşı boksçu Zeynəb Rəhimova (Azərbaycan), kişilərdə Vsevolod Şumkov (Rusiya) seçilib. Şahboz Yunusaliyev (Özbəkistan) ən əzmkar, Zaal Cavaxadze (Gürcüstan) ən yaxşı hakim adına layiq görülüb.
Qeyd edək ki, təmsilçilərimizdən Zeynəb Rəhimova (52 kq), Aynur Rzayeva (+81 kq), Sübhan Məmmədov (48 kq), Nicat Hüseynov (51 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Nəbi İsgəndərov (67 kq), Seyidcəmşid Cəfərov (75 kq) və Alfonso Dominqes (92 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Marjona Savriyeva (50 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) gümüş medal qazanıblar.
Şamil Əsgərov, Tağı Nəsibov (hər ikisi 60 kq), Ruslan Rüstəmov (63,5 kq), Məmməd Quliyev (86 kq), Anaxanım İsmayılova (48 kq), Bəhriyyə İbrahimova (54 kq) və Aynur Mikayılova (57 kq) üçüncü yeri tutublar.
Oxşar xəbərlər
Azərbaycanın 8 boksçusu "Böyük İpək Yolu" beynəlxalq turnirində qızıl medal qazanıb
Azərbaycanın boks millisi Gimnaziadada komanda hesabında birinci olub
Azərbaycan millisi beynəlxalq turnirdə birinci yeri tutub
Azərbaycanın 11 boksçusu "Böyük İpək Yolu" turnirində finala yüksəlib
Azərbaycanın beş boksçusu Bakıdakı beynəlxalq turnirdə 1/4 finala yüksəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













