sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Dünya çempionu 6 illik diskvalifikasiya edilib
Rusiya millisinin heyətində dünya çempionu olmuş güləşçi, 2021-ci ildən Serbiya yığmasında çıxış edən Xetaq Tsabolov 6 il müddətinə diskvalifikasiya edilib.
“Report”un TASS-a istinadən məlumatına görə, buna idmançının antidopinq qaydalarını pozması səbəb olub.
Güləşçi Ümumdünya Antidopinq Məcəlləsinin 2.5-ci maddəsinə əsasən dopinq-testdən yayınma, imtina və ya gəlməmə səbəbi ilə idmandan kənarlaşdırılıb.
Qeyd edək ki, X.Tsabolov Rusiya yığmasının heyətində 2014-cü ildə dünya çempionu adını qazanıb. O, həmçinin 2017-ci ildə dünya çempionatının gümüş medalını qazanıb. Güləşçi Serbiya yığmasının heyətində 2023-cü ildə Avropa çempionatının bürünc mükafatçısı olub.
Oxşar xəbərlər
ABŞ idmançısı 16 ay müddətinə diskvalifikasiya edilib
Üçqat olimpiya və yeddiqat dünya çempionu olmuş güləşçi vəfat edib
Ukraynalı olimpiya çempionu diskvalifikasiya edilib
İsrail idmançısı iki il müddətinə diskvalifikasiya edilib
Rusiya çempionu dopinqə görə cəzalandırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













