Azərbaycan Gimnastika Federasiyasının 15-ci Ümumi Yığıncağı keçirilib
Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) 15-ci Ümumi Yığıncağı keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, hesabat xarakterli yığıncaqda AGF-nin İcra Komitəsinin üzvləri, təsisçi qurumların nümayəndələri, federasiya üzvlərinin təmsilçiləri, həmçinin müxtəlif gimnastika növləri üzrə idmançılar iştirak ediblər.
Əvvəlcə İcra Komitəsi tərəfindən təyin olunmuş mandat komissiyasının üzvləri, daha sonra 14-cü Ümumi Yığıncağın protokolu və gündəliyi təsdiqlənib.
Yığıncaqda AGF-nin Baş katibi tərəfindən 2024-cü ildə gimnastika idman növlərində əldə olunmuş nailiyyətlər, ölkə daxilində keçirilmiş beynəlxalq yarışlar, regionlarda gimnastikanın inkişafı istiqamətində görülən işlər və AGF-nin beynəlxalq arenadakı uğurlarını əks etdirən hesabat təqdim olunub. Eyni zamanda federasiyanın 2024-cü il üzrə maliyyə hesabatı da dinlənilib.
Daha sonra 2024-cü ildə gimnastika sahəsində nailiyyət qazanmış idmançılara xatirə medalları təqdim olunub.
Portuqaliyada keçirilmiş tamblinq üzrə Avropa çempionatında komanda hesabında birinci yeri tutmuş Bilal Qurbanov və Hüseyn Əsədullayev, həmçinin eyni ölkədə təşkil olunmuş akrobatika gimnastikası üzrə Dünya çempionatında temp hərəkətləri üzrə üçüncü yerə layiq görülmüş Abdulla Əl-Məşayxi, Rəsul Seyidli, Riad Səfərov və Seymur Cəfərov AGF-nin gümüş medalları ilə təltif olunublar.
Ümumi Yığıncaq rəsmi bağlanış mərasimi ilə işini yekunlaşdırıb.


width="220" alt="Azərbaycan Gimnastika Federasiyasının texniki direktoru seminar keçəcək" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />