Dünya Kikboksinq Federasiyasının prezidenti Heydər Əliyevin məzarını ziyarət edib
sizinxeber.az xəbər saytı

Dünya Kikboksinq Federasiyasının prezidenti Heydər Əliyevin məzarını ziyarət edib


Dünya Kikboksinq Federasiyasının (WAKO) prezidenti Roy Baker və vitse-prezidenti, Türkiyə Kikboksinq Federasiyasının prezidenti Salim Kayıcı Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

"Report"un məlumatına görə, rəsmilər abidənin önünə əklil və gül dəstələri qoyublar.

Ulu Öndərin əziz xatirəsi böyük ehtiramla yad edilib.

Qonaqlar daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstəsi qoyub, əziz xatirəsini ehtiramla anıblar.

Qeyd edək ki, martın 5-dək Bakıda səfərdə olacaq federasiya rəsmilərinin Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin rəhbərliyi və
Azərbaycan Kikboksinq Federasiyanın fəxri prezidenti Adil Əliyevlə görüşləri nəzərdə tutulub.

Oxşar xəbərlər

Rusiya Prezidenti Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib
“Azpetrol” şirkətinin rəhbərliyi Ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı məzarını ziyarət edib
İlham Əliyev və Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər