20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş karate turnirinə yekun vurulub
20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş X “Arpaçay Open” karate turnirinə yekun vurulub.
"Report" xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Karate Federasiyasının (AKF) birgə təşkilatçılığı ilə baş tutan yarış yanvarın 17-dən 19-dək davam edib.
Ölkədə vətənpərvərliyin təbliğində və karatenin inkişafında əhəmiyyətli rol oynayan “Arpaçay Open”in Bakı İdman Sarayında keçiril'n açılış mərasimində əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
AKF-nin vitse-prezidenti Rəhman Hətəmov, Milli Məclisin üzvləri Sadiq Qurbanov, Vüqar İskəndərov və Vüqar Rəhimzadə xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsindən, 44 günlük Vətən müharibəsindən və dövlətimizin idmana göstərdiyi qayğıdan danışıblar.
Qeyd edək ki, turnirində Bakı, Sumqayıt və regionlar daxil olmaqla, xarici ölkəl'rdən (Türkiyə, İran, Çexiya, Gürcüstan, Qazaxıstan, Küveyt, Özbəkistan, Rusiya) ümumilikdə 800-ə yaxın idmançı kata, kumite və komanda-kumite yarışlarında mübarizə aparıblar. 65 idman klubunun iştirak etdiyi turnirdə ümumi nəticələrə görə “Qara qaplan” birinci, “Qara brilyant” ikinci, Qazaxıstanın Cambul vilayətiinin idman klubu isə üçüncü olub.
Oxşar xəbərlər
"Fullkontakt Kyokuşin Karate" üslubu üzrə "Bakı kuboku" turniri keçirilib
Bakıda stolüstü tennis üzrə "Top 8" turnirinə yekun vurulub
Yunanıstanda 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
FHN-in karate komandasının üzvləri turnirdə yüksək nəticələr əldə ediblər
20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan cüdo yarışı keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













