Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib
Azərbaycan Şahmat Federasiyasının (AŞF) İcraiyyə Komitəsinin 2024-cü ildə son iclası keçirilib.
Federasiyadan "Report"a verilən məlumata görə, iclasda AŞF tərəfindən hazırlanan şahmatçıların etik davranış qaydaları qəbul edilib.
Qısa zamanda dərc olunacaq etik davranış qaydaları şahmatçıların diqqətinə çatdırılacaq.
İclasda o cümlədən millilərin formalaşdırılması prinsipləri, yığma üzvlərinə və istedadlı şahmatçılara dəstək proqramının şərtləri, təqaüdlə bağlı meyarlar müzakirələrdən sonra təsdiq edilib.
AŞF-nin Məşqçilər Komissiyasının 2024-cü il üçün hesabatı dinlənilib. Məşqçilər Komissiyasının sədri Anar Allahverdiyev il ərzində məşqçi-müəllimlər üçün 3 səviyyə üzrə 8 fərqli qrupda təşkil edilən seminarlar barədə geniş məlumat verib.
Yeniyetmə və gənclərdən ibarət yığmanın baş məşqçisi, Uşaq-Gənclər Komissiyasının rəhbəri Fərid Abbasov il ərzində təşkil edilən yarışlar, uşaq və gənclərin hazırlıq prosesi, AŞF-nin nəzdində fəaliyyət göstərən Şahmat Akademiyasında dərslərin gedişatı barədə danışıb. Federasiya tərəfindən 2024-cü ildə uşaq və gənclərin dünya o cümlədən Avropa çempionatındakı nəticələri qeyri-qənaətbəxş hesab edilib, növbəti il üçün komissiyaya inkişafla bağlı təkliflərin hazırlanması tapşırılıb.
Sonda 2025-ci ildə keçiriləcək yarışların təşkilatı işləriylə bağlı tapşırıqlar verilib.
Oxşar xəbərlər
Azərbaycan Şahmat Federasiyası məşqçi-müəllimlər üçün onlayn seminarlar təşkil edəcək
Azərbaycanda voleybol məşqçiləri üçün seminarlar təşkil olunacaq
Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
Fərid Abbasov: Kişilərdən ibarət millimiz olimpiadada medalçılar sırasına düşmək üçün qəhrəmanlıq göstərməlidir
Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialının bağlanış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
