AMADA beynəlxalq müsabiqəyə start verib
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) “Olimpiya ruhu: Qələbə və məğlubiyyətdən kənar” adlı beynəlxalq foto müsabiqəyə start verib.
AMADA-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, müsabiqənin məqsədi olimpiya və paralimpiya ilində təmiz idman dəyərlərinin və ədalətli idman mübarizəsinin fotolar vasitəsilə geniş ictimaiyyətə çatdırılmasıdır.
Qurum dünyanın dörd bir yanından fotoqrafları idman dəyərlərini əks etdirən və ədalətli oyun mesajını çatdıran fotoşəkillərini müsabiqəyə təqdim etməyə çağırıb.
Müsabiqənin mövzuları arasında qələbə sevinci, məğlubiyyətdən doğan məyusluq, Oyunlarda yaddaqalan məqamlar, təmiz idman ruhu və ədalətli idman prinsiplərinin təbliği yer alır. Seçim prosesində Azərbaycan idmançılarının əcnəbi fotoqraflar tərəfindən çəkilən fotoşəkillərinə xüsusi diqqət yetiriləcək.
Təqdim ediləcək fotoşəkillərin orijinal və 2024-cü ildəki Yay Olimpiya və Paralimpiya Oyunları zamanı çəkilmiş olması mütləqdir. Mükafatlar beynəlxalq standartlara uyğun olaraq, Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyası (IAAP) və "Gilavar Foto Klubu" tərəfindən təqdim ediləcək.
Mükafatçılar İtaliya, Bolqarıstan və Azərbaycandan olan münsiflər heyəti tərəfindən səsvermə nəticəsində müəyyənləşəcək. Müsabiqə idmanın gözəlliyini və ədalətli mübarizəni təşviq etməyi hədəfləyir və Olimpiya ruhu vasitəsilə bizi birləşdirən dəyərlər haqqında qlobal müzakirəyə fotolar vasitəsilə ilham verməyə xidmət edir.
Müsabiqə üçün fotoşəkillər 30 noyabr 2024-cü il tarixədək təqdim olunmalıdır.
Qeyd edək ki, dekabrda müsabiqəyə təqdim olunan fotolardan ibarət sərgi də təşkil ediləcək.
Oxşar xəbərlər
AMADA qadın boksçular üçün seminar təşkil edib
AMADA Azərbaycan Voleybol Federasiyası üçün seminar təşkil edib
Prezident İlham Əliyev: Olimpiya Oyunlarındakı uğurlarımız göstərir ki, Azərbaycan güclü idman dövlətidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
