Qızıl medal qazanan güləşçi: "Məşqçilərimin, rəhbərliyin və xalqımın mənə olan inamını doğrultdum"
Məşqçilərimin, rəhbərliyin və xalqımın mənə olan inamını doğrultdum. Hazırda Avropa və dünya çempionuyam. İnanıram ki, gələcək yarışlarda da uğurlarımın davamını gətirəcəyəm.
“Sizinxeber.az” xəbər verir ki, bunu Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatında qızıl medal qazanaraq Vətənə dönən Azərbaycanın yunan-Roma güləşçisi Ülvü Qənizadə (72 kq) deyib.
İdmançı yarışdan əvvəl səhhətində problem yaşadığını bildirib:
"Yarış mənim üçün həqiqətən çox çətin keçdi. Buna görə də birinci olmaq ümidim yox idi. Lakin məşqçilərimin və federasiyanın dəstəyi sayəsində qızıl medala sahib oldum".
Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatında 85 xal toplamaqla komanda hesabında birinci olub.
Ü.Qənizadə bundan əvvəl 2023-ci ilin aprelində İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə gənclərin Avropa birinciliyində turnirin qızıl medalını qazanıb.
Oxşar xəbərlər
Dünya çempionatında qızıl medal alan Azərbaycan güləşçiləri Vətənə qayıdıb
Azərbaycanın daha bir yunan-Roma güləşçisi dünya çempionatında qızıl medal qazanıb - YENİLƏNİB
Dünya çempionu: "Zəhmətimiz yerdə qalmadı, Azərbaycanı layiqincə təmsil etdik"
Ülvü Qənizadə: Şükür ki, bu gün burada dünya çempionu kimi durmuşam
Azərbaycan güləşçisi dünya çempionatında qızıl medal qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













