sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu finala yüksəlib
Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə"də finala yüksəlib.
"Sizinxeber.az" xəbər verir ki, idmançı yarımfinalda Gürcüstan təmsilçisi Dimitri Qoçilaidzeyə qalib gəlməklə buna nail olub. Eyni çəkidəki Ömər Rəcəbli təsəlliverici görüşdə uduzub.
Rəşid Məmmədəliyev bürünc medal uğrunda görüşə çıxacaq. Nəriman Mirzəyev (hər ikisi 73 kq) isə əvvəlki raundlarda məğlub olaraq mübarizəni erkən dayandırıb.
Azərbaycan turnirdə 14 idmançı ilə təmsil olunur. Ötən gün yarışa başlayan altı cüdoçudan yalnız Acelya Toprak (57 kq) bürünc mükafat əldə edib.
Qeyd edək ki, "Böyük Dəbilqə" oktyabrın 13-də başa çatacaq.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır
"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu bürünc medal qazanıb
Azərbaycanın altı cüdoçusu "Böyük Dəbilqə"də mübarizəyə başlayır
Azərbaycan cüdoçuları Əbu-Dabidə "Böyük Dəbilqə" turnirində iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
