Qubada cüdo üzrə master-klass keçirilib
Azərbaycan Cüdo Federasiyası (ACF), Gənclər və İdman Nazirliyinin Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Qubada cüdo üzrə master-klass keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, master-klass çərçivəsində milli komandanın üzvləri və ACF prezidentinin müşaviri, dünya mükafatçısı Natiq Bağırov müxtəlif cüdo fəndlərini uşaqlara və yeniyetmələrə nümayiş etdirib.
Təcrübəli idmançılar cüdonun fəlsəfəsi və əsas texnikaları haqqında məlumat verərək, iştirakçılara bu idman növünün incəliklərini öyrədiblər. Uşaqlar və gənclər tatamiyə dəvət olunaraq, göstərilən fəndləri öyrənərək tətbiq etməyə çalışıblar.
Tədbir zamanı iştirakçılar üçün viktorinalar təşkil olunub, cüdo ilə bağlı suallar verilib və düzgün cavab verən şəxslərə müxtəlif hədiyyələr təqdim edilib.
Oxşar xəbərlər
Cüdo üzrə Azərbaycan millisinin üç üzvü əməliyyat olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
