Lənkəranda Cənub Regional Boks Mərkəzinin açılış mərasimi keçirilib
sizinxeber.az xəbər saytı

Lənkəranda Cənub Regional Boks Mərkəzinin açılış mərasimi keçirilib


Lənkəranda Cənub Regional Boks Mərkəzinin açılış mərasimi olub.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Vüsal Nəsirli, Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və digər rəsmilər iştirak ediblər.

Qonaqlar Mərkəzlə tanış olub, yeniyetmə boksçuların məşqlərini və döyüşlərini izləyiblər. Gənclər və idman naziri Fərid Qayıbovla ABF-in vitse-prezidenti Vüsal Nəsirli müvafiq tövsiyə və tapşırıqlarını veriblər.

Mərkəz ABF tərəfindən müasir tələblərə cavab verən lazımı avadanlıqlarla təchiz olunub. Yeni boks ocağının ümumi sahəsi 2,5 hektardan çoxdur və inzibati bina iki mərtəbədən ibarətdir. Burada birinci mərtəbədə məşq zalı və iki rinq idmançıların ixtiyarına verilib. Mərkəzdə məşqçilərin toplantı otağı, 2 paltardəyişmə otağı, trenajorlar və minifutbol meydançası var.

Qeyd edək ki, ABF-in əsas fəaliyyət istiqamətlərindən biri regionlarda boksa olan marağı daha da artırmaq, kütləviliyini təmin etmək və maddi-texniki bazasını gücləndirməkdir. Cənub Regional Boks Mərkəzindən başqa, Bakı Boks Mərkəzi və Sumqayıt şəhər stadionunda Boks Təlim Mərkəzi də fəaliyyət göstərir.

Oxşar xəbərlər

Tərtər Olimpiya İdman Kompleksində cüdo zalı fəaliyyətə başlayıb
Azərbaycanın daha iki böyük şəhərində Boks Mərkəzi fəaliyyətə başlayacaq
Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
Nazir III MDB Oyunları ilə bağlı Yevlax Olimpiya İdman Kompleksinə baxış keçirib
Qubada yeniyetmə cüdoçular arasında Avropa Kubokunun açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər