"Atletik"in baş məşqçisi: "Qarabağ"a hörmətlə yanaşırıq"
"Qarabağ"la matçda xal qazanmaq üçün fürsətimiz var".
Sizinxeber.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri İspaniyanın "Atletik" klubunun baş məşqçisi Ernesto Valverde UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"la keçiriləcək III tur oyunundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.
Mütəxəssis Ağdam klubuna hörmətlə yanaşdıqlarını bildirib: "Təbii ki, turnir cədvəlində onlar bizdən öndədirlər. Biz isə sonuncuyuq. Niyyətimiz, əlbəttə ki, qələbə qazanmaqdır. Bu, bizim əsas istəyimizdir. "Qarabağ"a hörmətlə yanaşırıq, çünki bizdən əvvəl Çempionlar Liqasının köklü komandaları olan "Benfika" və "Kopenhagen"i məğlub ediblər. Rəqibin potensialını yaxşı bilirik. Bu həftə oynayacağımız ilk matçdır. Ona görə də özümüzü tam hazır və gümrah hiss edirik".
Qeyd edək ki, oktyabrın 22-də "San Mames" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Oxşar xəbərlər
"Sent Patriks Atletik" klubunun baş məşqçisi: Məğlub olsaq, bunu normal qarşılayacağıq
"Dinamo"nun baş məşqçisi: "Qarabağ"ın uğurlu çıxışı bizə xəbərdarlıqdır
İlham Əliyev "Qarabağ" klubunu təbrik etdi
"Sent Patriks Atletik" klubunun baş məşqçisi: Məğlub olsaq bunu normal qarşılayacağıq
"Şkendiya"nın baş məşqçisi: "Qarabağ" güclü rəqibdir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
