"Sent Patriks Atletik" klubunun baş məşqçisi: Məğlub olsaq, bunu normal qarşılayacağıq
Məğlub olsaq, bunu normal qarşılayacağıq.
"Report" xəbər verir ki, bunu İrlandiyanın "Sent Patriks Atletik" klubunun baş məşqçisi Stefen Kenni UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Sabah"la cavab matçından öncə mətbuat konfransında deyib.
İrlandiyalı mütəxəssis qələbəyə ümid etdiklərini bildirib:
"Uzun məsafə qət edərək, Azərbaycana gəldik. Bir az yorğunluq var. Bununla belə, "Sabah"la görüşə yaxşı hazırlaşmışıq. Məqsədimiz qələbə qazanaraq, növbəti mərhələyə adlamaqdır. Məğlub olsaq, bunu normal qarşılayacağıq. Çünki rəqib büdcə baxımından bizdən üstündür".
Qeyd edək ki, "Sabah" - "Sent Patriks Atletik" matçı avqustun 15-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək. İlk oyunda İrlandiya təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
Oxşar xəbərlər
"Sent Patriks Atletik" klubunun baş məşqçisi: Məğlub olsaq bunu normal qarşılayacağıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Krunoslav Renduliç: Sabahkı oyuna yaxşı hazırlaşmışıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Konfrans Liqası: "Sabah" - "Sent Patriks Atletik" matçına indiyədək 4500 bilet satılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Sabah"ın futbolçusu: Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaq istəyirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Konfrans Liqası: "Sent Patriks Atletik" - "Sabah" görüşü başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












