Elşad Musayev: Yeni texnologiyalar əməyin mühafizəsinə daha çevik yanaşma tələb edir
Yeni texnologiyalar və qeyri-standart əmək münasibətləri əməyin mühafizəsinə daha çevik və sistemli yanaşmaların tətbiqini tələb edir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş "İş yerlərində psixososial risklərin idarə olunması: müasir yanaşmalar və həll yolları" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, vətəndaşın sosial rifahı digər amillərlə yanaşı, onun təhlükəsiz əmək şəraitinin təmin olunmasından və sağlamlığının qorunmasından birbaşa asılıdır:
"Azərbaycan qanunvericiliyində əməyin təhlükəsizliyi məsələlərinə xüsusi önəm verilir. Bu istiqamətdə əmək münasibətləri və digər qanunvericilik tələbləri əsasında sistem daim təkmilləşdirilir. Hazırda dünyada və ölkədə baş verən iqtisadi və texnoloji yeniliklər yeni çağırışlar yaradır. Yeni istehsal sahələri, yeni texnologiyalar və qeyri-standart əmək münasibətləri əməyin mühafizəsinə daha çevik və sistemli yanaşmaların tətbiqini tələb edir. Bu baxımdan, qarşıda duran əsas vəzifələrdən biri iş yerlərində təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasıdır".
Deputat qeyd edib ki, əmək şəraitinin yaxşılaşdırılması, risklərin vaxtında aşkar edilməsi və aradan qaldırılması, iş yerlərində sağlam mühitin yaradılması istiqamətində Dövlət Əmək Müfəttişliyi, həmkarlar ittifaqları və işəgötürənlər arasında konstruktiv əməkdaşlıq mühüm rol oynayır.
Oxşar xəbərlər
Müəssisələrdə "Vision Zero" modelinin tətbiqi üzrə işlər həyata keçirilir
Nazir müavini: Azərbaycanda məşğulluq imkanları genişlənib
Son iki ildə əməyin mühafizəsi ilə bağlı 167 dövlət standartı təsdiq edilib
Əməyin mühafizəsi sahəsində daha 5 yeni milli standart təsdiq edilib
Vəli Quliyev: "Süni intellekt əmək məhsuldarlığını artıracaq, yeni peşələr və çağırışlar yaradacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
