Son iki ildə əməyin mühafizəsi ilə bağlı 167 dövlət standartı təsdiq edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrlik etdiyi "Əmək sahəsində" standartlaşdırma üzrə Texniki Komitə tərəfindən 2024-2025-ci illər ərzində əməyin mühafizəsi ilə bağlı 167 dövlət standartı hazırlanaraq təsdiq edilib.
Bu barədə "Report"a ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, bu standartlar Beynəlxalq Əmək Təşkilatının "Əməyin təhlükəsizliyi və gigiyenası haqqında" 155 nömrəli Konvensiyasının tələblərinə uyğun olmaqla, ölkəmizdə əməyin mühafizəsi sahəsində sistemli yanaşmanın gücləndirilməsinə, iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunmasına, əməyin mühafizəsi qaydalarının qabaqcıl beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsinə xidmət edir.
Məsələn, qeyd edilən standartlardan biri olan "Əmək sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi sistemləri" üzrə AZS ISO 45001 standartı iş prosesində yarana biləcək təhlükələrin öncədən müəyyən edilərək, sistematik yanaşma əsasında preventiv tədbirlərin tətbiqini nəzərdə tutur. Eyni zamanda, standart iş yerlərində rəhbərliyin əməyin mühafizəsi prosesinə birbaşa cəlb olunmasını və işçilərin təhlükəsizlik qərarlarında yaxından iştirakını tələb edir.
Bu il də əməyin mühafizəsi ilə bağlı daha 60 yeni dövlət standartlarının hazırlanaraq qəbul edilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Əməyin mühafizəsi sahəsində daha 5 yeni milli standart təsdiq edilib
Əməyin Mühafizəsi Mərkəzinə sədr müavini təyin edilib
Əməyin Mühafizəsi Mərkəzi auditor seçir
Əməyin Mühafizəsi Mərkəzi auditor seçib
Azərbaycanda əmək sahəsində 17 milli standart layihəsi təsdiqlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
