Uşaqların internetdə üzləşə biləcəyi risklərlə bağlı - Video
sizinxeber.az xəbər saytı

Uşaqların internetdə üzləşə biləcəyi risklərlə bağlı - Video


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) uşaqların internet mühitində üzləşə biləcəyi risklərlə bağlı maarifləndirici sosial videoçarx hazırlayıb.

Sizinxeber.az ETX-ya istinadən xəbər verir ki, rəqəmsal mühitdə aktiv olan uşaqlar interneti əksər hallarda yalnız əyləncə vasitəsi kimi qəbul edirlər. Lakin virtual aləmdə qarşı tərəfin kimliyini müəyyən etmək hər zaman mümkün olmur. Tanınmayan profillər, təsadüfi linklər və ya adi görünən ünsiyyət halları belə onların fərdi məlumatlarının risk altına düşməsi ilə nəticələnə bilər.

Hazırlanan videoçarxda bu kimi risklərdən bəhs olunur, həm uşaqlara, həm də valideynlərə diqqətli davranmağın vacibliyi xatırladılır.


Oxşar xəbərlər

Səbinə Əliyeva: Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi ilə bağlı təkliflər hazırlanıb
Azərbaycanda uşaqların sosial şəbəkələrdə qorunması istiqamətində tədbirlər gücləndiriləcək
Uşaqların süni intellektlə bağlı müdafiə mexanizmlərinin gücləndirilməsi təklif olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər