Sumqayıtda yeniyetmələr arasında bıçaqlanma olub
Sumqayıtda yeniyetmələr arasında münaqişə bıçaqlanma ilə nəticələnib.
Sizinxeber.az xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb. İlkin məlumata əsasən, şəhər sakini, 2008-ci il təvəllüdlü M. M. aralarında yaranmış şəxsi mübahisə zəminində 2007-ci il təvəllüdlü N. A.-ya bıçaqla xəsarət yetirib.
Yaralı dərhal Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıb. Ona sol bel nahiyəsində daxilə nüfuz etməyən kəsilmiş yara diaqnozu qoyulub və zəruri tibbi yardım göstərilib.
Sizinxeber.az-nın əldə etdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən 16 yaşlı yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Sumqayıtda bıçaqlanma olub - YENİLƏNİB 1
Ağdamda ailə münaqişəsi zəminində ər arvadını bıçaqlayıb
Sumqayıtda ata oğlunu bıçaqlayıb - YENİLƏNİB
Lənkəranda 43 yaşlı kişini blçaqlayan şəxs tutulub - FOTO - YENİLƏNİB-1
DİN Sumqayıtdakı bıçaqlanma ilə bağlı açıqlama yayıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











