DİN Sumqayıtdakı bıçaqlanma ilə bağlı açıqlama yayıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

DİN Sumqayıtdakı bıçaqlanma ilə bağlı açıqlama yayıb - YENİLƏNİB


Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda 40 yaşlı kişinin həmyaşıdı tərəfindən bıçaqlanması ilə bağlı açıqlama yayıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, A.Hacıyevə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. Əməli törətməkdə şübhəli bilinən, onun həmyaşıdı M.Qədirov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

***

08.25

Sumqayıtda tanışların mübahisəsi qanla nəticələnib.

Sizinxeber.az xəbər verir ki, hadisə Corat qəsəbəsində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Mövlan Ramiz oğlu Qədirov münaqişə zəminində həmyaşıdı Anar İbrahim oğlu Hacıyevə bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Sumqayıtda 40 yaşlı kişi bıçaqlanıb
Sumqayıtda ata oğlunu bıçaqlayıb - YENİLƏNİB
Sumqayıtda 15 yaşlı yeniyetməni həmyaşıdı bıçaqlayıb - YENİLƏNİB
Sumqayıtda 21 yaşlı gənc bıçaqlanıb - YENİLƏNİB
Sumqayıtda bıçaqlanan 15 yaşlı yeniyetmənin vəziyyəti açıqlanıb - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər