Gəncədə oksigen kompressorunun yandığı xəstəxanada bərpa işləri aparılır - YENİLƏNİB
Gəncə şəhərində oksigen kompressorunun yandığı xəstəxanada bərpa işləri aparılır.
Bu barədə TƏBİB-dən "Sizinxeber.az"un sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, iyunun 11-də saat 10:50 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada oksigen kompressorunda nasazlıq yaranıb, hazırda bərpa işləri davam etdirilir.
Bildirilib ki, hadisə ilə əlaqədar iki pasiyent Akademik Z.Məmmədov adına xəstəxanaya təxliyə edilib, müalicələri davam etdirilir.
Əlavə edək ki, Abbas Səhhət adına xəstəxanada tibbi xidmətlərin göstərilməsində fasilə yaranmayıb.
Sevil Seymur
Gəncədə xəstəxanalardan birində oksigen balonu yanıb, xəstələr şəhərdəki digər tibb müəssisəsinə köçürülür.
"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına 1 Saylı Xəstəxanasında oksigen balonunun yanması ciddi problemlərə yol açıb.
Hazırda xəstəxananın reanimasiya şöbəsində olan pasiyentlər Gəncə Şəhər Zülfüqar Məmmədov adına 3 saylı xəstəxanaya köçürülür.
İlkin məlumata görə, 10-dan artıq xəstə təxliyə olunub.
Qeyd edək ki, Abbas Səhhət adına xəstəxanada işıqlar söndürülüb, bəzi xidmətlər dayandırılıb.
Oxşar xəbərlər
Gəncədə xəstəxanalardan birində oksigen balonu yanıb, 10-dan çox xəstə təxliyə edilib
Gəncədə yeniyetmə xəstəxanada vəfat edib
Gəncədə qida zəhərlənməsi ehtimal olunan hadisə nəzarətə götürülüb - YENİLƏNİB-2
Gəncədə iki döl ölü doğulub - YENİLƏNİB-1
Gəncədə 4 yaşlı uşağın xəstəxanada ölümünün ilkin səbəbi açıqlanıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











