Gəncədə xəstəxanalardan birində oksigen balonu yanıb, 10-dan çox xəstə təxliyə edilib
sizinxeber.az xəbər saytı

Gəncədə xəstəxanalardan birində oksigen balonu yanıb, 10-dan çox xəstə təxliyə edilib


Gəncədə xəstəxanalardan birində oksigen balonu yanıb, xəstələr şəhərdəki digər tibb müəssisəsinə köçürülür.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına 1 Saylı Xəstəxanasında oksigen balonunun yanması ciddi problemlərə yol açıb.

Hazırda xəstəxananın reanimasiya şöbəsində olan pasiyentlər Gəncə Şəhər Zülfüqar Məmmədov adına 3 saylı xəstəxanaya köçürülür.

İlkin məlumata görə, 10-dan artıq xəstə təxliyə olunub.

Qeyd edək ki, Abbas Səhhət adına xəstəxanada işıqlar söndürülüb, bəzi xidmətlər dayandırılıb.

Oxşar xəbərlər

Samuxda yol qəzasında ölənlərin sayı 2-yə çatıb - YENİLƏNİB 2
Bakıda xəstəxanaya yerləşdirilən Gəncə məktəblisinin son durumu açıqlanıb - YENİLƏNİB
Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 105 nəfərə çatıb – YENİLƏNİB-2
Gəncədə yeniyetmə xəstəxanada vəfat edib
Gəncədə evdə qaz balonu partlayıb, xəsarət alan var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər