Naxçıvanda 17 nəfər dönərdən zəhərlənib
sizinxeber.az xəbər saytı

Naxçıvanda 17 nəfər dönərdən zəhərlənib


Naxçıvanda 17 nəfər dönərdən zəhərlənib.

Sizinxeber.az-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən “Kassap Döner” dönərxanasında17 nəfərin qidadan zəhərlənməsi barədə Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzi PHŞ-dən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə məlumat daxil olub.

Məlumata əsasən, agentlik tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib. Belə ki, şübhəli məhsulların toxunulmazlığı təmin edilib, dönərxananın fəaliyyəti dayandırılıb.

Faktla bağlı araşdırma aparılır, nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, bu, son 20 gün ərzində Naxçıvanda dönərdən ikinci kütləvi zəhərlənmə hadisəsidir. Mayın 21-i Naxçıvanda dönərdən 7 nəfər zəhərlənmişdi.

Oxşar xəbərlər

Naxçıvanda 6 nəfər dönərdən zəhərlənib
Naxçıvanda dönərdən zəhərlənənlər evə buraxılıblar - YENİLƏNİB
Naxçıvanda kütləvi zəhərlənmə olub
Naxçıvanda ağır qəza baş verib, xəsarət alan var
Naxçıvanda 85 yaşlı kişi ikinci mərtəbədən yıxılaraq ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle