Naxçıvanda dönərdən zəhərlənənlər evə buraxılıblar - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Naxçıvanda dönərdən zəhərlənənlər evə buraxılıblar - YENİLƏNİB


Naxçıvanda dönərdən zəhərlənən 6 nəfər evə buraxılıb.

Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, bu barədə Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzinin növbətçi həkimi Nəzmin Allahverdiyeva açıqlama verib.

"Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzinə Naxçıvan şəhərində fəaliyyət göstərən kafelərdən birində dönərdən zəhərlənmiş üçü azyaşlı olmaqla 6 nəfər daxil olub. Onlarda ürək bulanma, qusma şikayətləri olub. Göstərilən simptomatik yardımlar sonrası xəstələr evə buraxılıb", - o qeyd edib.

16:48

Naxçıvanda 6 nəfər dönərdən zəhərlənib.


Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzindən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə daxil olmuş məlumata əsasən ikisi azyaşlı olmaqla altı nəfərin dönərdən zəhərləndiyi bildirilib.


Agentlik əməkdaşlarının apardığı araşdırmalar zamanı hadisənin Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən kafedə baş verdiyi məlum olub. Faktla bağlı Agentlik tərəfindən araşdırmalar aparılır və nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Oxşar xəbərlər

Naxçıvanda 6 nəfər dönərdən zəhərlənib
Naxçıvanda ağır qəza baş verib, xəsarət alan var
Ağstafada dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub - YENİLƏNİB
Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsi təsdiq edilib
Ağstafada 8 nəfər dönərdən zəhərlənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər