Goranboyda həkim maşınla yeniyetmə qızı vurub- YENİLƏNİB-1
Bu gün saat 11:05 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2014-cü il təvəllüdlü (qadın cinsli) azyaşlı Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Sizinxeber.az-ya TƏBİB-dən xəbər verilib.
Ona alın və təpə nahiyəsinin hematoması, qarın və diz nahiyəsinin sıyrılmış yaraları diaqnozu təyin edilib.
Qeyd edilib ki, hazırda pasiyentin müalicəsi xəstəxananın Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır, stabil olaraq qiymətləndirilir.
***
saat 13.46
Goranboyda 2014-cü il təvəllüdlü Bakı şəhər sakini Z.Bayramovanın xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.
Sizinxeber.az-nın yerli bürosunun xəbərinə görə, marketlərin birinin qarşısında yolu keçmək istəyən yeniyetməni Goranboy Rayon Mərkəzi Xəstəxanasının həkimi Kəmalə Abdullayevanın idarə etdiyi “Nissan” markalı minik avtomobili vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.
***
saat 12.31
Goranboyda yeniyetmə qızı maşın vurub.
Sizinxeber.az-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonunda yerləşən marketlərin birinin qarşısında qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən Bakı şəhər sakini 2014-cü il təvəllüdlü Z.Bayramovanı vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Goranboyda yeniyetmə qızı maşın vurub - YENİLƏNİB
Cəlilabadda avtomobil körpüdən çaya aşıb, xəsarət alanlar var - YENİLƏNİB
Cəlilabadda qəzada xəsarət alanların vəziyyəti açıqlanıb
Göygöldə 4 nəfər dərmandan zəhərlənib, 10 yaşlı uşaq ölüb - YENİLƏNİB-1
Goranboyda ata yeniyetmə qızını bıçaqlamaqda təqsirləndirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Oyun zamanı meydançada öldü
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












