Cəlilabadda maşın kanala aşıb, 5 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
in
2025
15:00

Cəlilabadda maşın kanala aşıb, 5 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB

07 in, 2025
15:00
968

Cəlilabadda maşın kanala aşıb, 5 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB

Cəlilabadda baş verən qəzada xəsarət alanların kimliyi və vəziyyətləri məlum olub.

Sizinxeber.az-nın cənub bürosunun verdiyi xəbərə görə, Cəlilabad rayonunda "Ford" markalı nəqliyyat vasitəsinin kanala aşması nəticəsində 5 nəfər - 1978-ccii il təvəllüdlü Elnur İsayev, 1982-ci il təvəllüdlü Günay İsayeva, 2006-cı il təvəllüdlü Nurlanə Elnur qızı İsayeva, 2010-cu il təvəllüdlü E.İsayeva və 1992-ci il təvəllüdlü İqbal İsayev xəsarət alıblar.

Xəstəxanadan Sizinxeber.az-nın sorğusuna cavab olaraq bildirilib ki, 07.06.2025-ci il tarixində saat 11:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (2-si kişi, 3-ü qadın cinsli olmaqla) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nayihələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Xəsarət alan şəxslərin hazırki vəziyyətləri stabil olaraq qiymətləndirilir.

***

13.06

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, 5 nəfər xəsarət alıb.

Sizinxeber.az-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Uzuntəpə-Günəşli yolunda qeydə alınıb.

"Ford" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı kanala aşıb. Əraziyə FHN-in xilasediciləri cəlb olunub.

Maşında olan 6 nəfərdən (4 qadın, 2 kişi) 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar. Onlardan 3-ü ambulator müalicə üçün evə buraxılıb. İki nəfərin müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın