Naxçıvanda anasını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub
İyunun 4-də saat 20 radələrində Babək rayon Şəkərabad kənd sakini 1978-ci il təvəllüdlü Leyla Qoçəliyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sizinxeber.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası prokurorluğunun məlumatında bildirilib.
Qeyd edilib ki, araşdırmalarla Babək rayon Şəkərabad kənd sakini 2001-ci il təvəllüdlü Nihad Qoçəliyevin Leyla Qoçəliyevanı kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Nihad Qoçəliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Babək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Sizinxeber.az-nın əldə etdiyi məlumata görə, Leyla Qoçəliyeva Nihat Qoçəliyevin anasıdır.
Oxşar xəbərlər
Babək rayonunda anasını öldürməkdə şübhəli bilinən şəxs tutulub
Naxçıvanda 49 yaşlı kişi qətlə yetirilib
Qaradağda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Trampın Türkiyədən qayıdarkən təyyarəsini dəyişməsinin səbəbi məlum oldu
-
Əmanətlərin Sığortalanması Fonduna xarici ölkələrdən kiberhücumlar olub
-
12 yaşlı Əfsanənin qətlində ŞOK DETALLAR: Şübhəli bilinən bacısı polisi necə aldadıb? - VİDEO
-
KİV: Tramp İrana zərbələri dayandırmaq barədə göstəriş verdi
-
ABŞ hərbçiləri Ərəb dənizində tankeri yoxlayıblar
-
Tramp İranı hədələyib
