

"Şərurlu İsfəndiyar" məhkəmədə ifadə verib
Xüsusi ittiham qaydasında məhkəməyə verilən “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovla bağlı ("Şərurlu İsfəndiyar") növbəti məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəkil Asim Abbasov məhkəməyə vəsatət verib.
Vəkil son zamanlar onlarla vətəndaşın şikayətini özündə əks etdirən informasiyaları İsfəndiyar Axundovu xarakterizə edən hallar kimi məhkəmədə iş materialına əlavə etmək üçün məhkəməyə təqdim edib.
Qarşı tərəf vəsatətin təmin edilməməsini məhkəmədən xahiş edib.
İsfəndiyar Axundovun vəkili bildirib ki, mətbuatda İsfəndiyar Axundovla bağlı yayılan məlumatlar qarayaxmadır.
Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra təqsirləndirilən İsfəndiyar Axundov ifadə verib.
O, iş üzrə özünü təqsirli bilmədiyini, məqsədinin kömək etmək istəməsi olduğunu qeyd edib: “Məqsədim zərərçəkmişlərin şikayətlərinin həll edilməsi olub. Həll edilsin ki, bununla Emili buraxsınlar. Mənim heç bir günahım yoxdur. Şəhid ailələrinə yardım edirəm, onlara ev verirəm. Qarşı tərəfin vəkilinin suallarını cavablaya bilmirəm. Çünki cavablamaq üçün savadımın yoxdur.
Məhkəmənin növbəti prosesi 5 iyunda keçiriləcək.
Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib.
Oxşar xəbərlər
"Şərurlu İsfəndiyar"la bağlı məhkəmədə vəsatət verilib
"Şərurlu İsfəndiyar" xüsusi ittiham qaydasında məhkəməyə verildiyi iş üzrə prosesə gəlib - FOTO
"Şərurlu İsfəndiyar"ın həbs olunması üçün vəsatət verilib - MƏHKƏMƏ - YENİLƏNİB
Məhkəmə "Şərurlu İsfəndiyar"la bağlı DİN-ə sorğu verəcək - FOTO - YENİLƏNİB
Sabiq vəzifəli şəxs Şərurlu İsfəndiyardan ŞİKAYƏTÇİDİR: "155 min dollarımı VERMİR, xəstəlik tapdım"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
