"Şərurlu İsfəndiyar" xüsusi ittiham qaydasında məhkəməyə verildiyi iş üzrə prosesə gəlib - FOTO
sizinxeber.az xəbər saytı

"Şərurlu İsfəndiyar" xüsusi ittiham qaydasında məhkəməyə verildiyi iş üzrə prosesə gəlib - FOTO


Xüsusi ittiham qaydasında məhkəməyə verilən “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovla bağlı ("Şərurlu İsfəndiyar") növbəti məhkəmə prosesi keçirilir.

Sizinxeber.az xəbər verir ki, İsfəndiyar Axundov Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə baş tutacaq prosesə qatılıb.

Xatırladaq ki, ötən prosesdə qarşı tərəfin vəkili İsfəndiyar Axundovun məhkəməyə məcburi gətirilməsi ilə bağlı vəsatət vermişdi. Məhkəmə vəsatətin baxılmamış saxlanılması ilə bağlı qərar qəbul etmişdi.

Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib.

Oxşar xəbərlər

"Şərurlu İsfəndiyar"la bağlı məhkəmədə vəsatət verilib
Sabiq vəzifəli şəxs Şərurlu İsfəndiyardan ŞİKAYƏTÇİDİR: "155 min dollarımı VERMİR, xəstəlik tapdım"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər