Ötən gün vətəndaşların bank kartlarından 11 min manatdan çox pul oğurlanıb
sizinxeber.az xəbər saytı

Ötən gün vətəndaşların bank kartlarından 11 min manatdan çox pul oğurlanıb


Vətəndaşların bank kartlarından mayın 15-də 11 min manatdan çox pul oğurlanıb.

Bu barədə "Sizinxeber.az"a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır:

"Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 15-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 3200, 3118, 999, 908, 800, 700, 441, 393, 361, 258, 254, 150, 112, 83, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb".

Nazirlik vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edib. Qeyd olunub ki, naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalı, dərhal bloklanmalıdır.

Oxşar xəbərlər

Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
Ötən gün vətəndaşların bank kartlarından 20 min manatdan çox pul oğurlanıb
Son bir gündə vətəndaşların bank kartlarından 21 min manatdan çox pul oğurlanıb
Ötən gün vətəndaşların bank kartlarından 11 min manatdan çox pul kiber üsulla oğurlanıb
Ötən gün bank kartlarından 11 min manatdan çox vəsait talanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər