Goranboyda qayınana tir tüfəngindən açdığı atəşlə gəlinini yaralayıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Goranboyda qayınana tir tüfəngindən açdığı atəşlə gəlinini yaralayıb - YENİLƏNİB


Mayın 14-də saat 20:50 radələrində 2001-ci il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Cərrahiyyə şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən APA-ya verilən məlumata görə, qarının ön divarının daxilə keçmiş deşilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardımlar göstərilib: "Hazırda müalicə və müayinəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir".

***

14 may, 23.03

Goranboy rayonunda bədbəxt hadisə nəticəsində bir nəfər ağır xəsarət alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dəyirmanlar kəndində baş verib.

2001-ci il təvəllüdlü N.Xudaverdiyeva qarının travması diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib.

İlkin məlumata görə, hadisə zamanı qadının qaynanası – 1968-ci il təvəllüdlü G.Xudaverdiyevanın əlində olan tirdən açılan atəş nəticəsində güllə dəmiri deşərək gənc qadına dəyib.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi iddia edilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Goranboyda qayınana tir tüfəngindən açdığı atəşlə gəlinini yaralayıb
Goranboyda qaynananın tirdən açdığı atəş gəlinini yaralayıb
Gəncədə 37 yaşlı kişi bıçaqlanıb, qohumu tutulub - YENİLƏNİB
Gəncədə 6 nəfər qidadan zəhərlənib - YENİLƏNİB
Göygöldə 4 nəfər dərmandan zəhərlənib, 10 yaşlı uşaq ölüb - YENİLƏNİB-1

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle