Goranboyda qayınana tir tüfəngindən açdığı atəşlə gəlinini yaralayıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
may
2025
00:00

Goranboyda qayınana tir tüfəngindən açdığı atəşlə gəlinini yaralayıb

15 may, 2025
00:00
561

Goranboyda qayınana tir tüfəngindən açdığı atəşlə gəlinini yaralayıb

Goranboy rayonunda bədbəxt hadisə nəticəsində bir nəfər ağır xəsarət alıb.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dəyirmanlar kəndində baş verib.

2001-ci il təvəllüdlü N.Xudaverdiyeva qarının travması diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib.

İlkin məlumata görə, hadisə zamanı qadının qaynanası – 1968-ci il təvəllüdlü G.Xudaverdiyevanın əlində olan tirdən açılan atəş nəticəsində güllə dəmiri deşərək gənc qadına dəyib.


Hadisənin ehtiyatsızlıqdan baş verdiyi iddia edilir.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın