sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Goranboyda qaynananın tirdən açdığı atəş gəlinini yaralayıb
Goranboy rayonunda bədbəxt hadisə nəticəsində bir nəfər ağır xəsarət alıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dəyirmanlar kəndində baş verib.
2001-ci il təvəllüdlü N.Xudaverdiyeva qarnın küt travması diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib.
İlkin məlumata görə, hadisə zamanı qadının qaynanası – 1968-ci il təvəllüdlü G.Xudaverdiyevanın əlində olan tirdən açılan atəş nəticəsində güllə dəmiri deşərək gənc qadına dəyib.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi iddia edilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Biləsuvarda 57 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində ölüb
Goranboyda qadın tir tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb
Goranboyda yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər xəsarət alıb
Goranboyda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib
Gədəbəydə su qızdırıcısının partlaması nəticəsində bir nəfər ağır xəsarət alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













