Vuçiçin təyyarəsi Moskvaya çatıb - YENİLƏNİB-1
Serbiya Prezidenti Aleksandar Vuçiç Rusiyaya səfər edib.
Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, Serbiya liderinin təyyarəsi bu dəqiqələrdə Vnukovo-2 hava limanına enib.
Qeyd edək ki, Vuçiç 9 May Paradında iştirak etmək üçün Moskvaya səfər edib.
Onun təyyarəsi bu gün Bakıya enib. Serbiya mediası Rusiya hava məkanında PUA təhlükəsi ilə əlaqədar Bakıya məcburi eniş etdiyini açıqlasa da, TASS Vuçiçin təyyarəsinin yanacaq doldurmaq üçün Bakı hava limanına endiyi barədə məlumat yayıb.
***
16:41
Serbiya Prezidenti Aleksandar Vuçiçin təyyarəsi Bakıdan Moskvaya yola düşüb.
Sizinxeber.az-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
TASS agentliyi Vuçiçin təyyarəsinin yanacaq doldurmaq üçün Bakıya enməli olduğu haqqında məlumat yayıb.
***
16:06
Moskvaya səfərə yola düşən Serbiya Prezidenti Aleksandar Vuçiçin təyyarəsi Bakıya eniş etmək məcburiyyətində qalıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə Serbiya mediası məlumat yayıb.
Məlumata görə, Vuçiçin təyyarəsi Ukraynada müharibə və Rusiyanın hava məkanında hərbi əməliyyatlar səbəbindən Azərbaycana məcburi eniş etməli olub.
Serbiya Prezidentini daşıyan təyyarə Bakı hava limanında təcili eniş etdikdən sonra Moskvaya uçmaq üçün icazə gözləyir.
Qeyd edək ki, Vuçiç 9 May münasibətilə Qırmızı meydanda Qələbənin 80 illiyinə həsr edilmiş hərbi paradda iştirak etmək üçün Rusiya paytaxtına səfər etməlidir.
Oxşar xəbərlər
Vuçiçin təyyarəsi Bakıdan Moskvaya yola düşüb - YENİLƏNİB
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş edib
Vuçiç Qələbə Paradında iştirak etmək üçün Moskvaya gedəcəyini təsdiqləyib
Vuçiçin təyyarəsi Bakıdan Moskvaya uçub - YENİLƏNİB
ABŞ təyyarəsi “Vnukovo” hava limanına enib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
