Vuçiçin təyyarəsi Bakıdan Moskvaya yola düşüb - YENİLƏNİB
Serbiya Prezidenti Aleksandar Vuçiçin təyyarəsi Bakıdan Moskvaya yola düşüb.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
TASS agentliyi Vuçiçin təyyarəsinin yanacaq doldurmaq üçün Bakıya enməli olduğu haqqında məlumat yayıb.
16:06
Moskvaya səfərə yola düşən Serbiya Prezidenti Aleksandar Vuçiçin təyyarəsi Bakıya eniş etmək məcburiyyətində qalıb.
APA xəbər verir ki, bu barədə Serbiya mediası məlumat yayıb.
Məlumata görə, Vuçiçin təyyarəsi Ukraynada müharibə və Rusiyanın hava məkanında hərbi əməliyyatlar səbəbindən Azərbaycana məcburi eniş etməli olub.
Serbiya Prezidentini daşıyan təyyarə Bakı hava limanında təcili eniş etdikdən sonra Moskvaya uçmaq üçün icazə gözləyir.
Qeyd edək ki, Vuçiç 9 May münasibətilə Qırmızı meydanda Qələbənin 80 illiyinə həsr edilmiş hərbi paradda iştirak etmək üçün Rusiya paytaxtına səfər etməlidir.
Oxşar xəbərlər
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş edib
İstanbuldan Moskvaya uçan təyyarə Vilnüsdə təcili eniş edib
Vuçiç Qələbə Paradında iştirak etmək üçün Moskvaya gedəcəyini təsdiqləyib
Xəzər dənizi üzərində qəza siqnalı verən Dubay-Moskva sərnişin təyyarəsi Həştərxana təcili eniş edib - YENİLƏNİB
Rusiya FHN-in xüsusi təyyarəsi qəzada xəsarət alan Rusiya vətəndaşlarını Moskvaya çatdıracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













