Oğuzda üç gün öncə yol qəzasında xəsarət alan şəxs dünyasını dəyişib
sizinxeber.az xəbər saytı

Oğuzda üç gün öncə yol qəzasında xəsarət alan şəxs dünyasını dəyişib


Oğuzda yol qəzasında ağır xəsarət alan şəxs xəstəxanada vəfat edib

Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, üç gün əvvəl baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan 1996-cı il təvəllüdlü Oğuz rayon sakini Kənan Rəhman oğlu Əzizov müalicə aldığı Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində həyatını itirib.

Qeyd edək ki, mayın 3-də gecə saatlarında K. Əzizovun idarə etdiyi “Toyota” markalı avtomobil Oğuz–Bayan avtomobil yolunun Bayan kəndindən keçən hissəsində idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılmışdı.

Qəza zamanı avtomobildə olan sərnişin – 2000-ci il təvəllüdlü Oğuz rayon sakini Urfan Namiq oğlu Məcidov hadisə yerində dünyasını dəyişmiş, sürücü isə ağır bədən xəsarətləri almışdı.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxşar xəbərlər

Oğuzda bir neçə gün əvvəl yol qəzasında xəsarət alan sürücü ölüb
Oğuzda avtomobil ağaca çırpılıb, sərnişin ölüb - YENİLƏNİB
Şəkidə dörd gün əvvəl baş verən qəzada xəsarət alan 9 yaşlı uşaq xəstəxanada ölüb
Oğuzda avtomobil ağaca çırpılıb, sərnişin ölüb - YENİLƏNİB - VİDEO
Oğuzda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle