Bakıda keçmiş arvadını öldürməyə cəhd edən İran vətəndaşına hökm oxunub
sizinxeber.az xəbər saytı

Bakıda keçmiş arvadını öldürməyə cəhd edən İran vətəndaşına hökm oxunub


Bakıda həyat yoldaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən İran vətəndaşı Mehdi Tabarakinin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Mehdi Tabaraki 14 il müddətinə azadlıdan məhrum edilib.

Qeyd edək ki, ittihama görə, ötən ilin aprelində Bakının Nərimanov rayonunda Mehdi Tabaraki keçmiş həyat yoldaşını avtomobildə bıçaqla öldürməyə cəhd edib. Qadın övladının atası ilə görüşünə icazə vermədiyi üçün Mehdi Tabaraki bu addımı atıb.

Ona Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Oxşar xəbərlər

Bakıda keçmiş arvadını öldürməyə cəhd edən İran vətəndaşının məhkəməsi başlayıb
Nənəsini və həyat yoldaşını bıçaqlayan şəxs 16 il azadlıqdan məhrum edilib
Gəncədə əvvəl həyat yoldaşını, sonra özünü bıçaqlayan şəxsə hökm oxunub
Həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub
Tanışını öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxsə hökm oxunub - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle