Tanışını öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxsə hökm oxunub - FOTO
sizinxeber.az xəbər saytı

Tanışını öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxsə hökm oxunub - FOTO


Bakının Xəzər rayonunda tanışını öldürməyə cəhd etməkdə təqsirləndirilən Nağı Quliyevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Sizinxeber.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Nağı Quliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı Tural Yaqubov təqsirləndirilən şəxsin 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə ötən ilin iyununda paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.

Nağı Quliyev aralarında yaranmış mübahisə zamanı tanışı Əlisakit Məmmədova bıçaq zərbəsi vurub.

Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Oxşar xəbərlər

Bakıda avtovağzalın girişində 25 yaşlı oğlanı öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Qadınları şantaj edərək onlardan pul almaqda ittiham olunan şəxsə hökm oxunub
Balaxanıda həmyaşıdını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən gəncə hökm oxunub - FOTO
Balaxanıda həmyaşıdını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən gəncə hökm oxunub
Keçmiş arvadını amansızlıqla qətlə yetirməkdə ittiham olunan şəxsə hökm oxunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle