Bakıda keçmiş arvadını öldürməyə cəhd edən İran vətəndaşının məhkəməsi başlayıb
Bakıda həyat yoldaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən İran vətəndaşı Tabaraki Mehdi Rasoulun cinayət işi üzrə məhkəmə başlayıb.
Sizinxeber.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəkil müvəkkilinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib.
Dövlət ittihamçısı təqsirləndirilən şəxsin törətdiyi cinayətin xüsusilə ağır cinayət olduğunu nəzərə alaraq həbs qətimkan tədbirinin qüvvədə qalmasını istəyib.
Məhkəmə vəsatəti təmin etməyib.
Məhkəmənin baxış iclası fevralın 6-na təyin edilib.
Qeyd edək ki, ittihama görə, ötən ilin aprelində Bakının Nərimanov rayonunda Mehdi Tabaraki keçmiş həyat yoldaşını avtomobildə bıçaqla öldürməyə cəhd edib. Qadın övladının atası ilə görüşünə icazə vermədiyi üçün Mehdi Tabaraki bu addımı atıb.
Ona Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Sabirabadda qadını öldürməkdə təqsirləndirilən yeniyetmənin məhkəməsi başlayıb
Gəncədə əvvəl həyat yoldaşını, sonra özünü bıçaqlayan şəxsə hökm oxunub
Külli miqdarda mənimsəmədə ittiham olunan “SOCAR-AQŞ”nin sabiq baş direktorunun məhkəməsi başlayıb
Famil Xəlilov ev dustaqlığına buraxılıb
Keçmiş arvadını amansızlıqla qətlə yetirməkdə ittiham olunan şəxsə hökm oxunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













