Xırdalanda özünə xəsarət yetirən şəxs intihara cəhd edib
Abşeron rayonunda ötən gün gecə saatlarında intihara cəhd hadisəsi olub.
Sizinxeber.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, vətəndaş Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yaşadığı mənzilin pəncərəsinə çıxaraq intihara cəhd edib.
Bununla bağlı FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub. Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1999-cu il təvəllüdlü Bəşirov Aməddin Niyaməddin oğlu özünə xəsarət yetirdikdən sonra altımərtəbəli yaşayış binasının altıncı mərtəbəsində yerləşən mənzilin pəncərəsinə çıxaraq intihara cəhd edir.
Xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılmaqla xilasetmə yastığı açaraq, zəruri təhlükəsizlik tədbirləri görülüb.
Xilasedicilərin vətəndaşla apardığı psixoloji söhbət nəticəsində o, intihar etmək niyyətindən çəkinib və xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
Xırdalanda intihara cəhdin qarşısı alınıb - VİDEO
FHN-in xilasediciləri Xırdalanda intihar hadisəsinin qarşısını alıb - FOTO
Özünü qaldırıcı krandan atmaq istəyən şəxsin intiharının qarşısı alınıb
FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib
Bakıda intihar hadisəsinin qarşısı alınıb - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













