Kollegiya sədri: Fikir və söz azadlığından istifadə edilərkən şəxsi həyata müdaxilə yolverilməzdir
Fikir və söz azadlığından istifadə edilərkən, digər şəxslərin şərəf, ləyaqəti, şəxsi həyat toxunulmazlığına qanunsuz müdaxilənin yolverilməz olduğu diqqətdən kənarda qalmamalıdır.
"Report" xəbər verir ki, bunu Ali Məhkəmə Kollegiyasının sədri Sənan Hacıyev mayın 2-də Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən ikinci forumda deyib.
O bildirib ki, cinayət işləri üzrə məlumatların yayımlanması zamanı təqsiləndirilən şəxslərin təqsirsizlik prezumpsiyasının qorunmalı olduğu, habelə hər hansı iş üzrə yanlış ictimai fikrin formalaşdırılmasının hakimə əsassız təzyiqlə nəticələnərək, onun daxili inamına uyğun qanuni qərar qəbul etməsinə mane olacağı nəzərə alınmalıdır.
Oxşar xəbərlər
Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir
Ombudsman: İnnovasiyalar keyfiyyətcə yeni media mühitini formalaşdırmaqdadır
Məhkəmə Bəxtiyar Hacıyevlə bağlı qərar verib
“İctimai proseslər media müstəvisində” mövzusunda II Forumun açılış mərasimi keçirilir
Bəxtiyar Hacıyevə hökm oxunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













