Bakıda xəstəxanaya yerləşdirilən Gəncə məktəblisinin son durumu açıqlanıb - YENİLƏNİB
Bir neçə gün əvvəl baş verən insident zamanı xəsarət alan və daha sonra Bakıda xəstəxanaya yerləşdirilən Gəncə məktəblisinin son vəziyyəti məlum olub.
Bu barədə TƏBİB-dən “Sizinxeber.az”un Qərb bürosunun sorğusuna verilən cavabda bildirilib.
Qeyd olunub ki, aprelin 22-də 2009-cu il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Boyunun, döş qəfəsinin, budun açıq yarası diaqnozları təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Pasiyent daha ixtisaslı tibbi xidmət almaq üçün aprelin 23-də paytaxtdakı tibb müəssisəsinə hospitalizasiya olunub.
Gəncə şəhərində xəsarət alan məktəbli Bakıdakı xəstəxanaların birinə köçürülüb.
"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, aprelin 22-də Gəncə şəhərindəki məktəblərin birində baş verən insident zamanı xəsarət alan şagird F.Quliyev Bakı şəhərində yerləşən xəstəxanalardan birinə aparılıb.
Xatırladaq ki, Yeni Gəncə yaşayış massivində yerləşən Ə.Cavad adına 2 nömrəli tam orta məktəbin şagirdləri arasında insident olub. F.Quliyev mübahisə zəminində xəsarət alaraq Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilmişdi.
Oxşar xəbərlər
Gəncədə xəsarət alan məktəbli Bakıdakı xəstəxanaların birinə köçürülüb
Qidadan zəhərlənən Goranboy sakininin son durumu məlum olub - YENİLƏNİB
Gəncədə məktəblilər arasında insident olub, bir şagird xəsarət alıb
Gəncədə yeniyetmə xəstəxanada vəfat edib
Gəncə Dövlət Universitetində 37 yaşlı qadın özünə xəsarət yetirib, araşdırma aparılır - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












