Gəncə Dövlət Universitetində 37 yaşlı qadın özünə xəsarət yetirib, araşdırma aparılır - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
11 
apr
2025
11:50

Gəncə Dövlət Universitetində 37 yaşlı qadın özünə xəsarət yetirib, araşdırma aparılır - YENİLƏNİB

11 apr, 2025
11:50
714

Gəncə Dövlət Universitetində 37 yaşlı qadın özünə xəsarət yetirib, araşdırma aparılır - YENİLƏNİB

Aprelin 11-də saat 09:50 radələrində 1988-ci il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Sizinxeber.az-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

"Sol saidin kəsilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardım göstərilib. Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb", məlumatda deyilir.

***

10.17

Gəncədə qadın özünə xəsarət yetirib.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə Dövlət Universitetinin əsas binasında qeydə alınıb.

1988-ci il təvəllüdlü G.Məmmədova qolunun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib, ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, G.Məmmədova GDU-nun dəftərxanasının əməkdaşı olub. Onun özünə xəsarət yetirməsinə səbəb isə xəbəriz işdən çıxarılmasıdır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov Sizinxeber.az-ya bildirib ki, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Bizimlə əlaqə saxlayın